Ləğv prosesində olan "Dəmirbank" ASC-nin kreditorlarının diqqətinə!

MALİYYƏ 15 aprel 2025, 17:10
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Dəmirbank" ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 16 aprel 2025-ci il tarixdən etibarən başlayacaqdır.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcəkdir.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvizitlərini təqdim etsinlər.

Əlavə məlumat almaq üçün ünvan və  əlaqə nömrələri:

Bakı şəhəri

Babək prospekti 16

Qaynar xətt: (+994) 941





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top