"Moldova və Azərbaycan arasında əlaqələr 30 ildən çoxdur"

GÜNDƏM 15 aprel 2025, 17:20
Azərbaycan-Moldova biznes forumu zamanı Moldova Baş nazirinin infrastruktur və regional inkişaf üzrə müavini Vladimir Bolya deyib ki, Moldova və Azərbaycan arasında ticarət dövriyyəsinə dair göstəricilər hər iki tərəfin müşahidə etdiyi müsbət dinamikanı əks etdirir.

Moldova ilə iqtisasi əməkdaşlıq Azərbaycana nə vəd edir?

Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, Azərbaycanla Moldova arasında artıq 30 ildən çoxdur iqtisadi, siyasi, mədəni əlaqələr mövcuddur:

“Moldova Azərbaycana dost ölkə, Azərbaycan da Moldovaya dost ölkə və etibarlı tərəfdaş olmağa nail olubdur. Bir çox məsələlərdə Azərbaycanı beynəlxalq arenada dəstəkləyən ölkələrdən öndə gedəndir. Azərbaycanla Moldova arasındakı ticarət əlaqələri elə də geniş olmasa da, artıq Azərbaycan hökumətinin planında elə bir məsələ yoxdur ki, hər hansısa bir ölkə ilə əməkdaşlıq səviyyəsi əvvəlki illərə baxanda aşağı olsun. Çünki əvvəlki illərdə, əsas prioritetimiz, hədəfimiz işğalda olan torpaqlarımızı azad etmək idi. İndiki diqqət artıq quruculuq və bərpa işlərinə, eyni zamanda da dost , tərəfdaş ölkələrlə iqtisadi ticari əlaqələrin genişləndirilməsidir. Bununla bağlı bu yaxın günlərdə Azərbaycanda iki tərəfli hökumətlər arasında görüş keçirildi və bundan bağlı qərarlar alındı. Kənd təsərrüfat sahəsində investisiya, logistika, turizm bir çox sahələlərdə iki tərəfli qarşılıqlı münasibətlərin genişləndirilməsi istiqamətində müəyyən qərarlar alındı. Bu qərarlar düşünürəm ki, Azərbaycanla Moldova arasındakı iqtisadi əlaqələrin dinamikasına yüksək töfhə verəcək”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top