78 yaşlı Əməkdar artistin formada qalma sirri — VİDEO

MƏDƏNİYYƏT 13 aprel 2025, 21:24
78 yaşlı Əməkdar artist Suğra Bağırzadə formada qalmasının sirrini bölüşüb. 

Axşam.az xəbər verir ki, aktrisa bu haqda qonaq olduğu "Bir gün" verilişində danışıb. O bildirib ki, formada qalmasına fikir verir:

"Şəklimi Ajda Pekkanla birləşdirib paylaşırlar, sevmirəm. Qadını qadınla müqayisə etməzlər. Ondakı pul məndə olsaydı daha betər edərdim. Bizdə genetikdir. Anam 83 yaşında vəfat etdi, amma üzü hamar idi. Hər gün evdə idman edirəm, ayaqla gəzirəm. Normal qidalanıram, amma az yeyirəm. Şirniyyat xoşlamıram. Mədəni necə öyrədirsənsə, elə tələb edir".
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 aprel 2025, 10:56
Top