YOXLAMALARA BAŞLANILDI: Gözəllik salonlarında tibbi prosedur edənləri hansı cəzalar gözləyir?

GÜNDƏM 07 aprel 2025, 18:08
"İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsində sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması barədə cərimələr nəzərdə tutulub. Həmin maddənin 215.1-ci maddəsində tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilən lisenziyada göstərilən xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə cərimələr nəzərdə tutulub".

Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Emil Aslanov deyib.

"Maddəyə əsasən, fiziki şəxslərin 300 manatdan 500 manata qədər, vəzifəli şəxslərin 800 manatdan 1000 manata qədər, hüquqi şəxslərin  isə 6000 min manatdan 8000 manata qədər cərimə edilməsi nəzərdə tutulub. Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin praktik tibbi və əczaçılıq fəaliyyətinə buraxılmasına görə fiziki şəxslər 800 manatdan 1000 manata qədər, hüquqi şəxslər isə 6000 min manatdan 8000 manata qədər cərimə edilir".

Qeyd edək ki, Səhiyyə Nazirliyi gözəllik salonlarında tibbi proseslərin aparılması ilə bağlı yoxlamalara bağlayıb. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 aprel 2025, 21:55
07 aprel 2025, 21:14
Top