Lənkəranda 1966-cı il təvəllüdlü Tahir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı anası, 1941-ci il təvəllüdlü Lətafətə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ana və oğulun birgə yaşadıqları Lənkəran şəhərində yerləşən fərdi yaşayış evində baş verib.
Tahir orada olan zaman 1941-ci il təvəllüdlü anası Lətafət ilə şəxsi münasibətlər zəminində, yəni Tahirin ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onun bel və kürək nahiyələrinə qəsdən şüşəbəndli qapını çırpmaqla ona xəsarətlər yetirib.
Hadisəni törədən Tahirin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, anası ilə münasibətləri çox pisdir, anası onu dəfələrlə təhqir edib: “Mən anamın əlindən Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayıram. Anamı döyməmişəm, ona xəsarət yetirməmişəm. Anam məni şərləyir. Lakin bütün bunlara baxmayaraq, yəni anamın vurmamağıma baxmayaraq hazırda həbs edilməyimə etirazım yoxdur”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Lətafətin sözlərinə görə, oğlu Tahir daim spirtli içki qəbul edib və onu döyüb: “Oğlum demək olar ki, mütəmadi olaraq məni döyüb və xəsarətlər yetirib. Hadisə günü oğlum yenə mətbəxdə ünvanıma nalayiq ifadələr işlətdi, daha sonra isə kürək və bədənimin bir neçə yerindən vuraraq xəsarət yetirdi. Oğluma məni tibbi yardım göstərməsini desəm də, oğlum bundan imtina edib. Oğlum mənim üçün doğma olsa da, artıq oğlumun hərəkətlərindən bezmişəm. Oğlum mənim ismətimi ləkələyib. Ona ağır cəza verilməsini xahiş edirəm”.
Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tahir 9 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli
Demokrat.az