Gəncədə boğazından xəsarət alan gənc Bakıya göndərildi

KRİMİNAL 07 aprel 2025, 09:51
Gəncədə qonşusunun evində mübahisə zəminində boğazı kəsilən 2002-ci il təvəllüdlü Nəsib Rüstəmov Bakı şəhərinə göndərilib. 

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, vəziyyəti ağır olan 23 yaşlı gənc ağır vəziyyətdə təcili tibbi yardım briqadası ilə Bakı Kliniki Tibbi Mərkəzə yola salınıb.

Qeyd edək ki, aprelin 6-da Gəncənin 3-cü mikrorayon adlanan ərazisində 2001-ci il təvəllüdlü Emin Aşurovin evində N.Rüstəmovun mübahisə zəminində boğazı kəsilib. 

Hadisəni törətməkdə şübhəli bilinən E.Aşurov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam edir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top