Lənkəranda itkin düşən balıqçının meyitini İranda tapan şəxs danışdı

HADİSƏ 25 mart 2025, 21:40
Lənkəranda itkin düşdüyü hesab edilən balıqçı, Lənkəran rayonunun Siyavar kənd sakini Mahmud İbayevin qardaşı meyiti ölkəyə gətirmək üçün artıq İran tərəfdədir.

Demokrat.az APA-ya istinadla xəbər verir ki, Mahmud İbayevin meyitinin İranda balıqçılar tərəfindən aşkar olunması və sosial şəbəkələrdə paylaşılması barədə məlumat verilmişdi.

Mahmud İbayevin qardaşı Rəşad İbayev həmin şəkildən qardaşının cəsədini tanıyıb.

Artıq aidiyyəti qurumların dəstəyi ilə Rəşad İbayev İran tərəfdədir və qardaşının meyitini tapan şəxs Səid Hadiani ilə görüşüb. Səid Hadiani bildirib ki, meyiti Bəndər-Ənzəli şəhərində, Kəpurçay sahilində tapıb: "Meyit suyun 25 metr dərinliyində idi. Başı aşağı suda qalmışdı. Üzü qaralmışdı, amma bədəni sağ-salamat idi. Qayığa qoyub çölə gətirdik və polisə məlumat verdik. Onu da deyim ki, bu ərazilər həmişə qayıqlarla nəzarət altındadır".

Qeyd edək ki, sabah meyitin Azərbaycan tərəfə verilməsi nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top