Alonso Madrid klubuna keçir?

İDMAN 21 mart 2025, 22:16
Leverkuzen "Bayer"inin baş məşqçisi Xabi Alonso ən azı daha bir mövsüm vəzifəsində qala bilər. 

Demokrat.az  Yenisabah.az-a istinadla  xəbər verir ki, ispaniyalı mütəxəssis növbəti mövsüm üçün heyətin formalaşdırmasına tam fokuslanıb. Bundan əlavə, 43 yaşlı məşqçi Almaniya klubunun rəhbərlərinə mövsümün sonunda getmək istəməsi ilə bağlı heç nə deməyib. 

"Real" hələ də Alonso ilə maraqlanır. Lakin Madrid klubunun baş məşqçisi Karlo Ançelottinin mövsümün sonunda gedəcəyi dəqiq deyil. 

Xabi Alonsonun "Bayer"lə müqaviləsi 2026-cı ilin yayına qədərdir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 mart 2025, 22:57
Top