Bakıda narkoşəbəkənin əsas üzvlərindən biri saxlanıldı — ANBAAN GÖRÜNTÜLƏR

KRİMİNAL 18 mart 2025, 15:00

Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini 45 yaşlı Sadir Əliyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, həmin şəxsdən 3 kiloqrama yaxın heroin, tiryək, marixuana və 359 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. A.Əliyev paytaxt ərazisində narkotiklərin satışını təşkil edən narkoşəbəkənin əsas üzvlərindən biri olub.

O, ifşa edilməməsi üçün mütəmadi olaraq yaşayış ünvanlarını və əlaqə nömrələrini dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. S.Əliyevin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top