Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb

İDMAN 14 mart 2025, 23:20

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl medal qazanıb.

Report xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda rusiyalı Danil Qriqoryevə (UWW) 3:2 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərimiz qitə birinciliyində 1 gümüş və 2 bürünc medal əldə etmişdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top