Astara rayonunda 1974-cü il təvəllüdlü Fərman ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Xəyaləyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 5 avqust 2024-cü ildə Astara rayonunun qəsəbəsində baş verib. Fərman Xəyalə ilə arasında Astara şəhər Statistika Mərkəzinin inzibati binasının qarşısında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Mübahisə zamanı Fərman keçmiş həyat yoldaşının üz nahiyyəsinə yumruqla qəsdən vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Fərmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Xəyalə ilə 2012-ci ildə ailə həyatı qurub, birgə nikahdan 2 övladları var: “2023-cü ilin dekabrında iştirakım olmadan Xəyalə məhkəmə qaydasında məndən boşandı. Lakin mənim boşanmadan məlumatım olmayıb. Təxminən 2 ay əvvəl Xəyalə ilə telefonda mübahisə etdik. Həmin hadisədən sonra Xəyalə telefon nömrəsini dəyişdiyi üçün onunla əlaqə saxlaya bilmədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 5-də, saat 10 radələrində Astara şəhərində olarkən təsadüfən Xəyalə ilə Astara şəhər Statistika Mərkəzinin inzibati binasının qarşısında rastlaşıb və yaxınlaşaraq onunla söhbət etmək istədiyini bildirib: “Lakin Xəyalə mənə qarşı nalayiq söz işlətdi. Onun sözündən əsəbiləşdim, yumruqla sol gözümdən 1 dəfə vurdum. Xəyaləni vurduqdan sonra münaqişə böyüməsin deyə dərhal oradan uzaqlaşdım. Polis şöbəsində mənə məlum oldu ki, Xəyalə məndən boşanıb. Münaqişə təxminən 1 dəqiqə davam etdi, ani olaraq əsəbiləşərək yumruqla onu vurdum və oradan uzaqlaşdım”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Xəyalənin sözlərinə görə, Fərman ilə evləndikdən sonra onunla münasibətləri yaxşı olub: “Aramızda sözlü mübahisələr yaşansa da, dava-dalaşlarımız olmayıb. Lakin son dövrlərdə Fərmanla münasibətlərimiz pisləşdi, aramızda mübahisələr yaşandı”.
Xəyalə bildirib ki, 2023-cü ildə Fərmandan boşanma barədə Astara rayon məhkəməsinə müraciət edib: “Həmin vaxt Fərman Bakı şəhərində olub. Məhkəmə iclaslarında iştirak etməsi barədə ona bildiriş göndərilsə də, məhkəmə iclaslarında iştirak etməyib. 2023-cü ilin dekabrında Fərmanın iştirakı olmadan məhkəmə qaydasında boşandım”.
Zərərçəkmiş qeyd edib ki, avqustun 5-də, saat 10 radələrində iş yeri olan Astara şəhər Statistika Mərkəzinin inzibati binasının qarşısında olarkən təsadüfən Fərman ilə rastlaşıb: “Fərman yaxınlaşaraq mənimlə söhbət etmək istədiyini bildirdi. Onunla danışmaq istəmədiyimi dedm. Sonra Fərman əsəbiləşərək yumruqla sol gözümdən 1 dəfə vurdu və dərhal uzaqlaşaraq getdi. Münaqişə təxminən 1 dəqiqə davam etdi, ani olaraq yumruqla gözümdən vurdu və oradan uzaqlaşdı”.
Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərman 9 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən evi gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az