Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşdülər: ÖLƏN VAR

HADİSƏ 06 mart 2025, 20:58

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüblər.

Demokrat.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, hadisə Ağdam-Füzuli yolunda baş verib.

Belə ki, Svetlana Məmmədova və Rafet Fərzəliyev xidməti vəzifələrini yerinə yetirərkən Ağdam-Füzuli yolunda avtomobil qəzasına uğrayıblar.

Svetlana Məmmədova hadisə yerində dünyasını dəyişib, Rafet Fərzəliyev isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top