Şirvan Apellyasiya Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən Qulam Amilovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilməyib, Masallı Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdən 27 fevral 2025-ci il tarixədək həbsdə saxlanıldığı 14 günün bir günü azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasının iki gününə bərabər tutulmaqla ümumilikdə 28 gün hesablanmaqla, ona təyin edilmiş 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılıb. Qulam Amilovun üzərində qəti olaraq 1 il 5 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və saxalınldığı Penitensiar Müəssisədən (Kompleksdən) həbsdən dərhal azad edilib.
İttihama görə, hadisə 23 noyabr 2023-cü il tarixdə, saat 23 radələrində Masallı rayonunun Köçəkli kəndində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü Qulam Amilov həmkəndlisi, zərərçəkmiş Zaur Qafarovun ona qarşı mənfi fikirdə olması qənaətinə gəlib. O, zərərçəkmişə maddi ziyan vurmaq məqsədi ilə marketdən 4 qutu kibrit alıb həmin şəxsin yaşayış evinin yaxınlığına gəlib. Sonra Qulam Zaura məxsus evinin həyətində yerləşən tikiliyə qonşuluqda yaşayan həmkəndlisinin həyətindən keçib, oranı kibritlə yandırıb. Beləliklə, Qulam zərərçəkmiş şəxsə ümumilikdə 14300 manat maddi ziyan vurub.
Hadisədən sonra Qulam Amilov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. O, məhkəmədə verdiyi ifadəsində bildirib ki, Zaur Qafarovdan xoşu gəlməyib və zərərçəkmişin də onun haqqında mənfi fikirdə olmasını hiss edib.
Masallı Rayon Məhkəməsinin hökmü ilə Qulam Amilova 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdi. (Pravda.az)