
14 mart 2025-ci il saat 19:00 baharın gəlişi, Novruz bayramı münasibətiylə Azərbaycan Dövlət Uşaq Filarmoniyası "Gəl, Novruzum" adlı konsert proqramı təqdim edəcək.
Konsertdə Dövlət Uşaq Filarmoniyasının "Şəms" uşaq xoru, "Musiqili Uşaq Teatrı", "Güləbatın" vokal sinifi, "Sədəf" xalq çalğı alətləri ansamblı və solistlər, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi bir-birindən maraqlı və milli əhval-ruhiyyəli musiqi nömrələri ilə çıxış edəcək.
Biletləri iTicket.az saytından əldə edə bilərsiniz: https://iticket.az/ru/events/kids/come-my-novruz--/147070
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az