Həmin cinayət işləri üzrə Bakıdan hüquqi yardım istənilməyib — RƏSMİ

HADİSƏ 02 iyul 2025, 11:19
Azərbaycanlıların saxlanılmasına səbəb göstərilən cinayət işləri üzrə rəsmi Bakıda hansısa hüquqi yardım istənilməyib:

Demokrat.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, azərbaycanlıların işgəncəyə məruz qalmasına 2001, 2010 və 2011-ci ildəki hadisələr səbəb göstərilib:

"Söhbət üç cinayət işindən - ölümə cəhd hadisəsi və digər hadisələrlə bağlıdır. Həmin hadisələrin heç biri üzrə Azərbaycanın hüquq-mühafizə orqanlarına hər hansı hüquqi yardım üçün müraciət olunmayıb".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top