FIFA-2025: 1/4 final cütləri bəlli oldu

İDMAN 02 iyul 2025, 09:30
ABŞ-da keçirilən futbol üzrə klublararası dünya çempionatında 1/4 final cütləri müəyyənləşib.

Demokrat.az-ın məlumatına görə, bu, 1/8 final mərhələsinin son iki oyunundan sonra bəlli olub.

Braziliya təmsilçilərindən "Fluminense" bu raundda Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandası, "Palmeyras" İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.

Fransanın PSJ kollektivi Almaniya çempionu "Bavariya"nın, İspaniya təmsilçisi "Real Madrid" isə Almaniyanın "Borussiya" (Dortmund) komandasının müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, 1/4 final oyunlarına iyulun 4-də start veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top