Bakının Xəzər rayonunda 1975-ci il təvəllüdlü Asim şəxsi münasibətlər zəminində qardaşı qızının həyat yoldaşı Sərxana (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Asim Sərxanın kirayə yaşadığı evdə onunla aralarında baş vermiş mübahisə zəminində yumruqla onun sifət nahiyəsindən bir neçə dəfə qəsdən vurub.
Hadisəni törədən Asimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Asim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Sərxan onun qardaşı qızı Aylanın həyat yoldaşıdır: “Hadisə günü,saat təxminən 22 radələrində kirayə yaşadığım evdə Sərxan ilə bir qədər spirtli içki qəbul etdik. Bu vaxt aramızda mübahisə düşdü. Sərxan mənim ünvanıma nalayiq söyüşlər söyərək təhqir etdi. Mən də bundan əsəbləşərək yumruqla onun sifət nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq ona xəsarət yetirdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Sərxana xəsarət yetirən zaman evdə onun həyat yoldaşı və qızı olub: “Onlar digər otaqda olduqları üçün hadisənin şahidi olmayıblar. Mən Sərxanın sərxoş vəziyyətdə ünvanıma nalayiq söyüşlər söyüb təhqir etdiyi üçün aramızda baş vermiş mübahisə zəminində yumruqla onun sifət nahiyəsindən bir neçə dəfə vurmuşam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Sərxanın sözlərinə görə, Asim ilə birgə Bakı şəhərin müxtəlif yerlərində usta işləyib: “Hadisə günü, saat təxminən 22 radələrində Asim ilə birgə mənim kirayə yaşadığım evdə bir qədər spirtli içki qəbul etdik. Bu vaxt aramızda mübahisə düşdü. Biz bir-birimizin ünvanına nalayiq söyüşlər söyərək təhqir etdik. Asim yumruqla sifət nahiyəmdən bir neçə dəfə qəsdən vuraraq mənə xəsarət yetirdi. Daha sonra döyülərək xəsarət almağım barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olamamsını nəzərə alıb. Bu səbəbdən Asimin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az