Macarıstan gələcək Fransa prezidentinin adını açıqlayıb

DÜNYA 06 mart 2025, 20:48
Macarıstanın baş naziri Viktor Orban "X" sosial şəbəkəsində Fransa parlamentində sağçı Milli Ralli fraksiyasının lideri Marin Le Peni ölkənin gələcək prezidenti adlandırıb.

Orban yazıb ki, Fransanın keçmiş və indiki prezidentləri ilə görüşdən sonra gələcək prezidentlə görüşmək çox xoş oldu.

Martın 5-də macar siyasətçi Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparıb. Bundan əvvəl Orban ölkənin keçmiş rəhbəri Nikola Sarkozi ilə görüşüb. Və sonra Le Pen ilə şəxsən danışmaq qərarına gəlib. Onunla çəkdirdiyi fotonu internetdə yerləşdirib və dərin müzakirəyə görə təşəkkür edib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top