Ukrayna prezidenti Vladimir Zelenski Aİ sammiti zamanı Ukrayna və Amerika nümayəndə heyətləri arasında görüşün gələn həftə baş tutacağını bildirib.
Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat verir.
Ukrayna prezidentinin müşaviri Dmitri Litvin bildirmişdi ki, Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak və ABŞ-ın milli təhlükəsizlik müşaviri Maykl Vals arasında telefon danışığı olub. Onlar Rusiya ilə danışıqların yeri və tarixini müzakirə ediblər.
Ağ Evdə jurnalistlərə açıqlama verən Vals qeyd edib ki, ABŞ hazırda Ukrayna ilə münasibətlərinin bütün aspektlərini nəzərdən keçirir.
Əfsanə Kamal
Demokrat.az