Putin onu ABŞ-yə səfir təyin etdi — Darçıyev kimdir?

DÜNYA 06 mart 2025, 22:45
Rusiyanın ABŞ-dəki yeni səfiri vəzifəsinə Aleksandr Darçiyev təyin edilib. 

Ölkə prezidenti bu barədə fərman imzalayıb.

Fərmana görə, Darçiyev səfir kimi fəaliyyətini Vaşinqtondakı Amerika Dövlətləri Təşkilatında daimi müşahidəçi vəzifəsi ilə birləşdirəcək.

64 yaşlı Aleksandr Darçiyev ABŞ və Kanada İnstitutunun keçmiş əməkdaşıdır. O, 1992-ci ildən diplomatik xidmətdədir və Rusiyanın Vaşinqtondakı səfirliyində müxtəlif vəzifələrdə çalışıb. 2014-2021-ci illərdə Rusiyanın Kanadadakı səfiri olub. ABŞ və Rusiya arasında İstanbulda keçirilən danışıqlarda məhz A.Darçıyev iştirak etmişdi. 

ABŞ prezidenti Donald Trampın Ağ Evə qayıtmasından sonra Moskva və Vaşinqton arasında başlanmış danışıqlar zamanı tərəflər digər məsələlərlə yanaşı, səfirliklərin işinin bərpasını müzakirə etməyə başlayıblar. Bu təmaslar çərçivəsində Rusiyanın ABŞ-yə yeni səfirinin təyinatı razılaşdırılıb. 
Xatırladaq ki, 2017-2024-cü illərdə Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov olub. Keçən ilin payızından bu vəzifə boş qalmışdı.(Savashmedia.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top