Biləsuvarda 57 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

KRİMİNAL 06 mart 2025, 21:56

Biləsuvar rayonunda ov tüfəngindən açılan atəş nəticəsində 57 yaşlı kişi ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Təzəkənd kəndində baş verib.

1968-ci il təvəllüdlü İqbal Bəhlul oğlu Bağırov yaşadıqları evin həyətində ov tüfəngi ilə açılan atəş nəticəsində xəsarət alıb.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının xəsarəti ağır olduğundan, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top