Politoloq: "Türkiyənin qlobal gücünü terrorçular və onları yemləyənlər çox gözəl başa düşürlər"

REGİON 06 mart 2025, 20:17
"Nəzərə almaq lazımdır ki, Türkiyə son illərdə PKK terror təşkilatına sarsıdıcı zərbələr vurub. Türkiyənin qətiyyətli və sarsılmaz addımları nəticəsində PKK və onun qolları yaxın regionlarda ağır məğlubiyyətə düçar edilib. Son 5 ildə Türkiyə Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində PKK və onun şəhər strukturu sayılan terrorçu birləşməsi ağır zərbə alıb".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. 

"Türkiyənin dövlət olaraq bu gün dünyada yaratdığı siyasi reallıqlar var. Faktiki olaraq  cumhur ittifaqı hakimiyyəti Türkiyəni regional gücdən qlobal gücə çevirib. Artıq hamı başa düşür ki, darmadağın olan PKK terrorçularından Türkiyə əleyhinə istifadə etmək çətindir. Türkiyənin qlobal gücünü terrorçular və onları yemləyənlər çox gözəl başa düşürlər. Terrorçuların dayağı qalmayıb, hansısa dırnaqarası fəaliyyət göstərmək də imkansızdır. Bütün bunlar Ərdoğanın tarixi qələbəsinin nəticəsidir. Əli türk əsgərinin qanına batan terrorçunun terror qruplaşmasının buraxılması ilə bağlı səsləndirilən fikirlər Türkiyə dövlətinin gücünü növbəti dəfə sübut etdi".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top