ABŞ Kürd Regional Rəhbərliyindən (İKBY) Ceyhan limanı vasitəsilə Türkiyəyə neft ixracının bərpası üçün danışıqları sürətləndirməyə çalışır.
Demokrat.az xəbər verir ki, beş mənbə ABŞ diplomatının cümə axşamı Bağdadda keçiriləcək görüşdə iştirak edəcəyini bildirib. İraq Neft Nazirliyinin ev sahibliyi etdiyi danışıqlar neft şirkətləri ilə nazirlik arasında yaranan fikir ayrılıqları səbəbindən ləngiyir.
İraq Neft Nazirliyinin rəsmisi bildirib ki, ABŞ-ın Bağdaddakı səfirliyində xidmət edən diplomatın görüşdə iştirakının məqsədi danışıqları irəlilətmək və bütün tərəfləri qane edəcək həll yolları istehsal etməkdir.
Ağ Evin Milli Təhlükəsizlik İdarəsi məsələ ilə bağlı şərh verməkdən imtina edib. Bu xəttin açılması üçün ABŞ-ın Türkiyəyə təzyiq etdiyi bildirilir.
Əfsanə Kamal
Demokrat.az