Gəncədə yaşayış binasındakı yanğının miqyası böyüyüb, 10-dan çox ev yanır — FOTOLAR

HADİSƏ 06 mart 2025, 18:35

Gəncədə yaşayış binasındakı yanğının miqyası böyüyüb.

Bina sakinləri "Report"un Qərb bürosuna bildirib ki, artıq 10-dan çox evdə yanğın qeydə alınıb. 

Hadisə yerinə əlavə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub. 

Hazırda 12 yanğınsöndürən maşın və çox sayda canlı qüvvə yanğının söndürülməsi istiqamətində işləri davam etdirir. 

Əraziyə təcili yardım briqadaları da cəlb olunub. 

Yanğının səbəbləri araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top