Başgicəllənmənin səbəbləri arasında B vitamini, maqnezium və dəmir çatışmazlığı, kofeindən çox istifadə edilməsi, depressiya, həyəcan, hormonal dəyişikliklər, vestibulyar miqren və daxili qulaqda kalsium kristallarının yığılması kimi amillər ola bilər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Daily Mail"ə müsahibəsində britaniyalı terapevt Elli Kennon danışıb.
Həkimin sözlərinə görə, ciddi patologiyalarla əlaqəli olmayan başgicəllənmələrə çox vaxt daxili qulağın xəstəliyi səbəb ola bilər ki, bu zaman vestibülündən vestibulyar aparatın yarımdairəvi kanalına otolitlər (kalsium karbonat kristalları) daxil olur. Bu vəziyyətdə adətən nevroloq tərəfindən dərman müalicəsi təyin edilir.
Həmçinin başgicəllənmə balanssız qidalanma - həddindən artıq kofein istehlakı və pəhrizdə B vitamini, maqnezium və dəmirlə zəngin qidaların olmaması səbəbindən də baş verə bilər. Bu başgicəllənmə başağrısı və ümumi yorğunluqla müşayiət oluna bilər. Bənzər simptomlar hormonal fonda dəyişikliklər (məsələn, menopoz zamanı), həmçinin həyəcanlı və depressiv pozuntular zamanı da ortaya çıxa bilir.
Elli Kennon əlavə edib ki, başgicəllənmənin az tədqiq edilmiş səbəbi kimi vestibulyar miqreni göstərmək olar. Bu zaman başağrısı spazmlarla müşayiət edilə bilər, lakin bu olmaya da bilər. Buna baxmayaraq, işığa və səsə qarşı yüksək həssaslıq, aura və ürəkbulanma kimi digər simptomlar, böyük ehtimal ki, davam edəcək.
Mütəxəssisin fikrincə, vestibulyar miqren klassik miqren dərmanları ilə tənzimlənə bilər. Ancaq onun səbəblərini dəqiq müəyyən etmək üçün həkimlə məsləhətləşmək zəruridir.