“Blue Ghost” kosmik aparatı Aya endi

DÜNYA 02 mart 2025, 17:20
ABŞ-nin “Firefly Aerospace” şirkətinin “Blue Ghost” kosmik aparatı Aya eniş edib.

Demokrat.az-ın xəbərinə görə, bu barədə NASA məlumat yayıb.

Kosmik aparat yerli vaxtla 03.34-də uğurla Aya eniş edib. Aparatın göyərtəsində 10 tədqiqat qurğusu var. NASA ilə razılaşmaya əsasən, “Blue Ghost” kosmik aparatı Ayda tədqiqat aparacaq.

Missiya 14 gün davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top