Qazaxıstan hökuməti Aktauda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğramasının obyektiv araşdırılmasına çağırır.
Demokrat.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə müsahibəsində Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev deyib.
"Gizlədəcək heç nəyimiz yoxdur. Biz obyektiv, şəffaf və ədalətli araşdırmanın tərəfdarıyıq", - o bildirib.
Səfirin sözlərinə görə, təyyarə qəzası ilə bağlı araşdırma Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğun aparılır. Abayev vurğulayıb ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin hesabatı ilkin xarakter daşıyır və baş verənlərə görə kiminsə günahını və ya məsuliyyətini müəyyən etməyi nəzərdə tutmur.
Onun sözlərinə görə, araşdırmanın yekun nəticələri 2025-ci ilin dekabrına qədər açıqlanacaq.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də səhər saatlarında AZAL-a məxsus sərnişin təyyarəsi Aktauda qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. 27 sərnişin və iki ekipaj üzvü sağ qalıb, qalanları isə həlak olub.