Xocalı soyqırımı tarixə qara ləkə kimi düşüb — Birol Akgün

GÜNDƏM 26 fevral 2025, 13:17
Xocalı soyqırımı törədilən vaxt əsir götürülən və ilkin düşmüş çoxlu sayda Azərbaycan vətəndaşı olub. Bu hadisə tarixə qara ləkə kimi düşüb.

Xocalı soyqırımı törədilən vaxt əsir götürülən və ilkin düşmüş çoxlu sayda Azərbaycan vətəndaşı olub. Bu hadisə tarixə qara ləkə kimi düşüb.

Demokrat.az  xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.

“Şəhidlərimizin ağrılarını qəlbimizdə hiss edirik. Bu, erməni silahlıları tərəfindən törədilən və günahsız 613 insanın ölümü ilə nəticələnən soyqırımı hadisəsidir. Həmin gün əsir götürülmüş, itkin düşmüş çoxlu sayda Azərbaycan vətəndaşı var. Bu hadisə tarixə qara ləkə kimi düşüb. Şəhidlərə Allahdan rəhmət, Azərbaycan xalqına isə səbr diləyirik”, – diplomat qeyd edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top