Ukrayna və ABŞ arasında nadir əlavan metalların istismarı ilə bağlı əldə olunan yeni razılaşmada deyilir ki, ABŞ Ukraynanın bütün təhlükəsizlik təminatlarını təmin etməyi öhdəsinə götürür.
Demokrat.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıxal deyib.
Məlumata görə, danışıqlarda iştirak edən tərəflər sazişin yekun variantını fevralın 26-da hazırlayıblar.
Şmıxal vurğulayıb ki, saziş bu gün axşam saatlarında ölkə hökuməti tərəfindən təsdiqlənməlidir.
Qeyd edək ki, bu gün paytaxt Kiyev sakinləri Ukrayna və ABŞ arasında əldə olunan razılaşma ilə bağlı müvafiq sazişin imzalanmasına qarşı ABŞ səfirliyinin binası önündə etiraz aksiyası keçiriblər.
Etirazçılar bu cür sazişlərin imzalanmasının münaqişənin sonuna qədər təxirə salınmasını və onlara təhlükəsizlik təminatlarının əlavə edilməsini tələb ediblər.
Əfsanə Kamal
Demokrat.az