Paşinyanın mətbuat katibinin mənzili qarət olundu

HADİSƏ 26 fevral 2025, 17:53
İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryanın mənzili qarət edilib. 

Demokrat.az
xəbər verir ki, bu barədə yerli “Armlur” nəşri məlumat yayıb.

Hadisənin bir neçə gün əvvəl baş verdiyi məlum olub. 

Cinayətkarların Ermənistan baş nazirinin mətbuat katibinin mənzilindən külli miqdarda pul oğurladıqları iddia edilir.

Ötən gecə quldurluqda şübhəli bilinən qrupun üzvləri aşkar edilərək saxlanılıb.

Əfsanə Kamal 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top