Bakı Limanına "COSCO" gəmiçilik şirkətinin rəsmiləri səfər etdi — FOTOLAR

İQTİSADİYYAT 26 fevral 2025, 17:20
Dünyanın aprıcı konteyner donanmasına sahib olan Çinin "COSCO" gəmiçilik şirkətinin Avropa nümayəndəliyinin rəhbəri Vanq MinqFenq və onu müşayiət edən nümayəndə heyəti fevralın 26-da Bakı Limanına səfər ediblər. 

Demokrat.az
xəbər verir ki, səfər çərçivəsində qonaqlara Bakı Limanının İpək Yolu və qeyri-neft sektorunun inkişafındakı strateji rolu, dayanıqlı logistika həlləri, karbon emissiyasının azaldılması istiqamətində görülən işlər, eləcə də limanın tarixi inkişafı barədə geniş məlumat verilib. Görüş zamanı "COSCO"nun Orta Dəhlizin konteyner daşımaçılığına töhfəsi də müzakirə edilib. 

Nümayəndə heyətinin üzvləri Bakı Limanının infrastruktur layihələri və fəaliyyət prinsipləri ilə yaxından tanış olublar. Limanın müxtəlif terminallarına təşkil olunan ekskursiya çərçivəsində qonaqlara burada həyata keçirilən logistika və yükdaşıma prosesləri, eləcə də tətbiq edilən innovativ həllər barədə ətraflı təqdimat edilib.




ğ

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top