"Ev şəraitində xəstələrə antibotik vurulması prosesi dayandırılmalıdır. Bu artıq neçənci hadisədir ki, xəstə evdə şoka düşür və dünyasını dəyişir. Çünki belə halda evdə bir şey etmək mümkün olmur. Əgər belə hal xəstəxanada baş versə, xəstəyə kömək edib həyatını xilas etməyə imkan yaranır".
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim, professor Adil Qeybulla deyib.
O bildirib ki, hər bir kəs bunun fərqində olmalıdır ki, xəstəyə ev şəraitində antibiotik təyin edilməməlidir:
"Bu praktikaya birdəfəlik son qoymaq lazımdır. Dünyanın heç bir yerində belə şey yoxdur. Əgər antibiotik üçün zərurət yaranarsa, xəstə ev şəraitində tablet formasında antibiotiki qəbul etməlidir. Bunun üçün də həkim təyinatı mütləqdir. Kiminsə tövsiyyəsi ilə antibiotik vurdurmaq olmaz. Hətta həkim təyinatı olsa belə, antibiotik ev şəraitində vurulmamalıdır. Anafilaktik şokun qarşısını ev şəraitində almaq mümkünsüzdür".
Qeyd edək ki, bu gün Xırdalanda qadın ev şəraitində antibiotik qəbulundan sonra həyatını itirib.
Əfsanə Kamal
Demokrat.az