“Xocalını unutmadıq, unutmarıq...”

GÜNDƏM 26 fevral 2025, 16:20
Fevralın 26-da Səhiyyə Nazirliyinin “Respublika Sanitariya-Karantin Mərkəzi” publik hüquqi şəxsində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. 

Çıxışlardan əvvəl mərkəzin əməkdaşları Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən “Respublika Sanitariya-Karantin Mərkəzi” publik hüquqi şəxsin baş direktoru Aris Rüstəmov Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu bildirərək, qeyd edib ki, bu soyqırımı təkcə Azərbaycan xalqına qarşı yox, bütün insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır və qanlı cinayətlərdən biridir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərində törətdiyi soyqırımı aktı nəticəsində yalnız azərbaycanlı olduğuna görə yüzlərlə insan qətlə yetirilib, minə yaxın dinc sakin aldığı güllə yarasından əlil olub. 

A.Rüstəmov faciənin nəticələrindən konkret rəqəmlər gətirərək qeyd edib ki, faciəyə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib və məhz onun  təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib.

Natiq həmçinin bildirib ki, “bu gün bizə təsəlli verən odur ki, 2020-ci ildə xalqımızın başına gətirilən faciələrin, şəhidlərimizin qisası alındı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 gündə böyük Zəfər qazandı, ərazi bütövlüyümüz təmin olundu. 2023-cü il sentyabrın 19-20-də isə cəmi 23 saata soyqırımın törədildiyiyi Azərbaycan Ordusunun Xankəndidə keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri terrorçulardan tamamilə təmizləndi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində üçrəngli bayrağımızı ucaltdı. 

A.Rüstəmov vurğuladı ki, işğaldan azad edilmiş bütün ərazilərimizdə olduğu kimi,  bu gün Xocalıda da həyat yenidən canlanır,  sakinlər doğma yurdlarına qayıdır. Xocalı yenidən qurulur, Xocalıya həyat qayıdır. Bu həyatı daha da gözəlləşdirən, xocalılarda yaşamaq və yaratmaq eşqini alovlandıran isə möhtərəm Prezidentimizin bölgədə həyata keçirdiyi möhtəşəm layihələr, tikinti və quruculuq işləridir. 

Tədbirdə 33 il əvvəl həmin acı günlarin şahidi olan iştirakçılar da xatirələrini bölüşublər və əmin olduqlarının  bildiriblər ki, gənclərimiz bu qanlı faciəni, 33 il əvvəl ərşə qalxan Xocalı fəryadını əsla unutmamalıdırlar. Xocalı faciəsi Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda savaşının ən qanlı tarixidir. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top