Məsələ ilə bağlı “Porsche” Bakı Mərkəzindən Demokrat.az-a bildirilib ki, Mərkəz olaraq biz yalnız Azərbaycan vətəndaşlarına avtomobil satırıq və xidmət göstəririk:
“Bundan əlavə, alqı-satqı müqavilələrimizdə də bu məqam öz əksini tapmışdır.
Xüsusilə vurğulamaq istərdik ki, qeyd etdiyiniz məsələ ilə bağlı “Porsche” Bakı Mərkəzinin heç bir əlaqəsi yoxdur. Lakin Gürcüstandan və xüsusilə Avropadan gətirilən “Porsche” avtomobilləri tranzit qaydada Azərbaycan sərhədini keçərək digər ölkələrə göndərilə bilər və biz özümüz də belə daşınmaların dəfələrlə şahidi olmuşuq.
Əlavə olaraq bildiririk ki, “Porsche” brendi üçün Azərbaycan bazarı kiçik olduğundan, avtomobilləri digər ölkələrə ixrac edəcək qədər böyük kvota əldə etmək imkanımız da yoxdur.
Bir məsələni də diqqətinizə çatdırmaq istəyirik ki, avtomobili xaricə satmaq məqsədi ilə almaq istəyən şübhəli müştəri aşkar edildikdə, alqı-satqı müqaviləsinə bu məsələyə dair xüsusi bənd əlavə edilir və həmin şəxsə avtomobili aldıqdan sonra 6 ay müddətində üçüncü şəxslərə satmaq qadağan olunur. Bu, qismən istehlakçı hüquqlarının pozulması kimi görünsə də, “Porsche Bakı Mərkəzi” olaraq biz qabaqlayıcı tədbirlərimizi təmin edirik.
Paylaşdığınız videomaterialın və kadrlardakı avtomobillərin bizim şirkətimiz ilə ümumiyyətlə əlaqəsi yoxdur”.
***12:37
Məlumdur ki, Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan sonra Avropanın xüsusilə avtomobil istehsalçı ölkələri Rusiyaya qarşı sanksiyalara başladılar. Sanksiyalar nəticəsində Avropa istehsalı avtomobillərin Rusiyaya satışı tamamilə dayandı. Britaniyanın nüfuzlu “Sky News” telekanalı isə yaxınlarda xəbər yayıb ki, bu ölkənin, eləcə də ayrı-ayrı avtomobil istehsalçısı olan Avropa ölkələrinin avtomobilləri Azərbaycana idxal olunmaqla oradan da sanksiyalar altında olan Rusiyaya satılır. Məlumatda qeyd edilib ki, təkcə 2023-cü ildə Böyük Britaniyanın Azərbaycana avtomobil ixracı tammiqyaslı müharibənin başlanmasından əvvəlki beş illik dövrlə müqayisədə 2000% artıb ki, bu da tamamilə görünməmiş bir sıçrayışdır. Cənubi Koreya, Yaponiya, Almaniya kimi ölkələrin də istehsalı olan avtomobillərin Azərbaycana gətirilib buradan Rusiyaya idxal edildiyi qeyd olunur. Bu isə həmin avtomobil şirkətlərinin Azərbaycanda olan nümayəndəliklərinin işğalçı müharibə aparan Rusiyaya dəstək verməsi kimi dəyərləndirilir.
Demokrat.az Tribunainfo.az-a istinadən xəbər verir ki, sanksiya altında olan Rusiyaya Azərbaycandan Alman istehsalı olan “Porsche” avtomobillərinin daşındığını əks etdirən görüntülər də var. Sözügedən görüntülərdən məlum olur ki, ən az 5 “Porsche” avtomobilinin yükləndiyi yük maşını sərhədi keçməyə hazırlaşır. Bu daşınmanı kimlər həyata keçirir, məlum deyil.
Azərbaycanda “Porsche” avtomobillərinin rəsmi dileri “Porshe Bakı Mərkəzi”dir. Azərbaycanda “Porsche” avtomobillərinin yeganə rəsmi dileri bu mərkəz olduğuna görə diqqətlər ilk olaraq ona yönəlir. Ancaq bu ehtimallardan biridir. Digər ehtimallardan biri də budur ki, bu avtomobilərin Rusiyaya daşınmasını, qanunsuz satışını Qazaxıstan nümayəndəliyi həyata keçirir.

Mərkəzin bu daşınmalardan məlumatının olub-olmaması maraq doğurur. Daşımaları kimin və ya kimlərin həyata keçirməsi ilə bağlı “Porsche Bakı Mərkəzi” məlumatlıdırmı? Bununla bağlı mərkəz indiyə qədər hər hansısa addım atıbmı və ya atmaq barədə düşünürmü? Ümumiyyətlə, “Porsche Bakı Mərkəzi” bu daşımaları həyata keçirə bilərmi?
Suallarımıza cavab tapmaq üçün “Porsche Bakı Mərkəzi”nə sorğu ünvanladıq. Dəfərlərlə müraciətimizə baxmayaraq, mərkəzdən bununla bağlı məlumat əldə edə bilmədik. Suallarımıza cavab tapa bilmədiyimiz üçün sözügedən avtomobillərin qanunsuz yollarla Rusiyaya daşınmasını həyata keçirənlərin kim olduğu da qaranlıq olaraq qalır.
Araşdırmamızı davam etdirəcəyik…
Qarşı tərəfi dinləməyə hazırıq.