"Xocalı yarası çox dərin yaradır. Biz həmin ağrı-acını hiss etdik və qisasımızı aldıq. Dünyada faciələr çox olub. Biz də dövrümüzdə bu dəhşətli hadisənin şahidi olduq. Biz bədnam qonşu kimi öz yaramızı dünyanın gözünə soxmadıq. Faciənin acısını özümüz hiss edib, yaşadıq. Çox böyük səbr nümayiş etdirərək qəhrəman şəhəri azad etdik".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, ermənilər 100 ildir ki, qondarma soyqırımdan dəm vururlar:
"Özləri etiraf edir ki, 1915-ci ildə Şərqi Anadoluda, Azərbaycan torpaqlarında baş verən hadisələrin günahkarı özləridir. Ancaq bunları rəsmi şəkildə boyunlarına almır, dünyada yazıq obrazı yaratmağa çalışırlar.
Xalqımızda isə bu xüsusiyyətlər yoxdur. Mətin əyilməz xalq olduğumuz üçün başımıza gələnləri də layiqincə qarşılaya bilirik. Günahsız insanların qanını tökmək sözün əsl mənasında soyqırım hadisəsidir".
Politoloq qeyd edib ki, biz artıq şərəf və ləyaqətimizin rəmzi olan azad Xocalıya gedə bilirik:
"Biz Xocalı səhifəsini heç zaman çevirməməliyik. Həmin səhifədə itkilərin acısı, ordumuzun şücaət və qəhrəmanlığı var. Silahlı qüvvələrimizlə bərabər xalq ordusu öz dəsti-xəttini nümayiş etdirib. Bir daha belə dəhşətlərin təkrarlanmasına imkan verməyəcəyik.
Qürur duyuruq ki, dövlətimizə iki siyasi nəhəng rəhbərlik edərək bizi düzgün yola ayaq qoymağa sövq edib. Düşmənlərimizin sıralarında Azərbaycanın bəxti onun güclü rəhbərlərinin olmasındadır deyənlər var. Həmin güclü siyasi rəhbərlik xalqın içərsindən yaranıb və meydana gəlib".
Əfsanə Kamal
Demokrat.az