Qoyun əti yeyərkən bunlara diqqət edin!

SOSİAL 26 fevral 2025, 18:32
Azərbaycanda qoyun əti quzu əti ilə müqayisədə istehlak üçün daha faydalı hesab edilir. 

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, son illərdə ölkədə qoyunçuluğun inkişaf dinamikasında azalma müşahidə edilib.

Sizcə, insan üçün hansı ətin istehlakı daha faydalıdır?

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Demokrat.az-a açıqlamasında bildirib ki, qoyun ətinin qida dəyəri quzuya nisbətən daha zəngindir:

“Çünki müəyyən bir aylarda artıq o büyümə prosesini həyata keçirdiyinə görə onun tərkibindəki elementlər daha zənginləşir, daha çox olur. 

Eyni zamanda yağlılıq dərəcəsinə görə qoyun ətində yağlılıq daha çoxdur ki, nəinki quzu ətində. Quzu ətində yağlılıq faizi az olmaqla yanaşı, həm də qidalılıq dəyəri daha büyük heyvana nisbətən aşağı olur. Ancaq bu, heç də onun zərərli olması demək deyil. Çünki qoyun ətinin tərkibindəki elementlər, vitaminlər, makro və mikro elementlər eynilə quzu ilə miqdarına görə tənzimlənir. 

Sadəcə olaraq istehlak edəcəyimiz zaman kim, hansı insan, hansı saatda istehlak edir onlara baxmaq lazımdır. Əsas diqqət edəcəyimiz məqamlar budur”.

Mütəxəssis diqqətə çatdırıb ki, bir çox insanlarda xroniki xəstəliklər, qan təzyiqi problemləri var:

“Belə insanlar qoyun əti yemək əvvəzinə quzu ətinə üstünlük versələr, daha yaxşı olar. Eyni zamanda da qoyun ətində də daha çox yağ tərkibi olduğuna görə daha tez artıq çəkə almağa, artıq kalori almağa səbəb ola bilər. 

Digər bir məqamda da quzu əti qoyun ətinə nisbətən həzmə görə daha yüngül hesab olunur. 

Nəzərə almaq lazımdır ki, balanslı, sağlam qidalanmaq üçün hər ikisindən də istifadə etmək sağlamlığa hər hansı bir zərər vermir. Bir porsiyada 150-200 qramı keçməmək şərti ilə və yaxşı olar ki, ət qəbul edərkən mütləq yanında tərəvəz və göyərtilər olsun. Bu zaman ətin həzmi daha asanlıqla başa gəlir ki, bu da orqanizmdə hər hansı bir ağırlıq, narahatlıq yaratmır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top