
Bakıya yağan qar əriməyə başlasa da, fəsadları hələ də qalmaqdadır.
Paytaxtın Xəzər rayonu Qala qəsəbəsinin sakinləri bu səbəbdən bir sıra çətinliklərlə üzləşirlər.
Bununla bağlı sakinlər redaksiyamıza şikayətlərini bildiriblər. Vətəndaşların sözlərinə görə, yollar həm piyadalar, həm də avtomobillər üçün keçilməz hala düşüb. Xüsusilə, bəzi küçələrdə buz qatının əriməməsi sürücülər üçün ciddi təhlükə yaradır. Piyadalar isə həm sürüşkən, həm də palçıqlı yollar səbəbindən hərəkət etməkdə çətinlik çəkirlər.
Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət edilsə də, hələlik heç bir tədbir görülməyib. Sakinlər problemlərinin həll olunmasını və yolların təmizlənməsini tələb ediblər. (Avtosfer.az)