YapiKredi Müraciət Forması
İnfrastruktur

ADY Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək

ADY Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı–Ağstafa–Bakı marşrutuna yüksək sərnişin tələbatının qarşılanması üçün noyabrın 14-dən 30-dək həftəsonlarında əlavə qatar reysləri həyata keçirəcək.

Bu barədə ADY-dən bildirilib.

Məlumata əsasən, qatar şənbə günləri Bakıdan, bazar günləri isə Ağstafadan yola düşəcək. Eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

"Biletləri ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz", - məlumatda qeyd olunub.