Qlobal avtomobil sənayesi liderinin adı açıqlandı

AVTO 26 fevral 2025, 17:41
2025-ci ilin yanvar ayının nəticələrinə görə, dünyada minik avtomobillərinin və yüngül kommersiya avtomobillərinin satışı 2024-cü ilin eyni ayı ilə müqayisədə təxminən 2 faiz çoxdur. 

Demokrat.az
xəbər verir ki, bu barədə  “GlobalData” məlumat yayıb. 

Yanvarda Çin 1,96 milyon avtomobil sataraq avtomobil satışında dünya lideri olub. 

İkinci yerdə 1,1 milyon avtomobillə ABŞ qərarlaşıb.

Yanvarda Qərbi Avropa avtomobil bazarları ümumilikdə 3,2 faiz azalaraq 1 milyon ədədə düşüb. 

Şərqi Avropada avtomobil satışı 288,5 min ədədə düşüb. Lakin Cənubi Amerikada dilerlər ayda 225,6 min avtomobil satıblar ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 22,3 faiz çoxdur.


Əfsanə Kamal 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top