Rövşən Əsgərov Rusiyada qiyabi həbs edildi

DÜNYA 25 fevral 2025, 17:38
Rusiyada azərbaycanlı jurnalist və "Nə? Harada? Nə zaman?" televiziya oyununun iştirakçısı Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı çıxarılıb.

Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin nasizmin reabilitasiyası və vətən tarixinin saxtalaşdırılması ilə bağlı cinayətlərin araşdırılması şöbəsinin rəhbəri Aleksandr Pastuxov Federasiya Şurasının iclasında bildirib.

Pastuxov qeyd edib ki, R.Əsgərov beynəlxalq axtarışa verilib.

Xatırladaq ki, R.Əsgərov Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb və Rosfinmonitorinq tərəfindən terrorçu və ekstremistlər siyahısına daxil edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 fevral 2025, 14:54
26 fevral 2025, 13:50
Top