"Maşa və Ayı" İslam dünyasında buna görə populyarlıq qazanıb

DÜNYA 25 fevral 2025, 20:58
Rusiya Mədəniyyət Nazirliyinin rəhbəri Olqa Lyubimova “Maşa və Ayı” cizgi filminin İslam ölkələrində populyarlığının sirrini açıqlayıb. 

Lyubimovanın sözlərinə görə, cizgi filmi İslam ölkələrində baş qəhrəmanın görünüşünə görə sevilir.

Onun sözlərinə görə, Maşa başı örtülü və uzun sarafanlı bir qız olduğu üçün İslam dünyasında inanılmaz rəğbət qazanıb. 

Lyubimova həmçinin bildirib ki, Rusiyanın ən çox satılan komediyalarından biri olan “Xolop” da türk tamaşaçılar tərəfindən bəyənilib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 fevral 2025, 14:54
26 fevral 2025, 13:50
Top