“Valideynlərim pul qazandığımı biləndə ortaya çıxdı”

İDMAN 26 fevral 2025, 14:08
Niderlandın PSV klubunun oyunçusu Lukas Peres verdiyi açıqlama ilə gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, 36 yaşlı oyunçu valideynləri ilə bağlı problemlərindən söz açıb:

“İki yaşım olanda valideynlərim məni uşaq evinə qoydu. Sonradan mənə babam və nənəm baxdı. Bir gün oynadığım kluba faks gəldi. Atam ömrümün sonuna qədər müntəzəm ödənişlər  tələb edirdi. Məlumat almaq üçün sosial xidmətlərə getdim. Orada həyatımla bağlı məlumatlar öyrəndim. “Arsenal”a gedəndə anam da mənlə əlaqə qurmağa çalışdı. İllərdir onları görmürdüm, pul qazandığımı biləndə ortaya çıxdılar. 

Atamla bağlı problem isə davam edir, məhkəməyə də az qalıb. Onunla bir neçə dəfə görüşmüşəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top