UEFA-nın prezidenti Aleksander Çeferin Ukraynadakı müharibəyə son qoymaq üçün aparılan danışıqlardan bəhs edib.
Sportinfo.az “delo.si”-yə istinadən xəbər verir ki, sloveniyalı futbol funksioneri Avropadakı miqrantların ideal vəziyyətdə olmadıqlarını bildirib:
“Avropa İttifaqının rəsmiləri bir müddətdir ki, Rusiya ilə Ukraynadakı münaqişəyə son qoymağı müzakirə etməyəcəklərini deyirlər.
İndi elə bir vəziyyətdəyik ki, ABŞ Rusiya ilə danışır, avropalı siyasətçilər də fikirləşirlər ki, niyə onlarla məsləhətləşmədən danışırlar.
Onlar başa düşməlidirlər ki, burada böyük maraqlar var və onlar öz eqoları və şəxsi narazılıqları üçün deyil, bizim Sloveniyanın, hansısa başqa ölkənin və ya Avropa İttifaqının maraqları üçün hərəkət etməlidirlər.
Məni narahat edən onların bütün dünyaya Avropanın ən yaxşısı olduğunu təbliğ etmələridir.
Avropadakı miqrantlar ideal vəziyyətdə deyillər, onların insan hüquqları optimal deyil, lakin biz dünyaya demokratiya haqqında mühazirə oxuyuruq”.
Daha əvvəl Çeferin bəzi siyasətçilərin Rusiyanın 17 yaşadək futbolçulardan ibarət komandalarının beynəlxalq arenaya qayıtmasının qarşısını aldığını bildirib.
Rusiyanın Ukraynaya işğalçı hücumundan sonra Ukraynadakı vəziyyətlə əlaqədar FİFA və UEFA-nın qərarı ilə Rusiyanın bütün futbol komandaları, o cümlədən milli komandalar beynəlxalq turnirlərdən kənarlaşdırılıb.