
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Demokrat.az xəbər verir ki, o bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib.
“Ağrısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm.
Yaxşı və pis gündə bir yerdə olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm”, - deyə, Türkiyə prezidenti bildirib.
