Tayvan sularında Çin ticarət gəmisi saxlanılıb

DÜNYA 26 fevral 2025, 00:28

Tayvanın Sahil Mühafizə Xidməti Çin ticarət gəmisini saxlayıb.

Oxu.Az xəbər verir ki, baş verən insidentin videosu "Telegram" kanallarda yayılıb.

Tayvan tərəfi ekipajın sualtı kabeli qırdığını iddia edib.

İnternetdə yayılan görüntülərdə sahil mühafizəçilərinin qayıq vasitəsi ilə gəmiyə yan alaraq onun göyərtəsinə qalxdıqları görünür.

Artıq Çin tərəfi hadisəni şərh edib. Yayılan açıqlamada baş verən insidentə görə gəmi heyətinin məsuliyyət daşıdığı qeyd olunur.

Hələlik Tayvan tərəfindən sualtı kabelin, əsasən də onun qəsdən qırılmasında Çin gəmisinin iştirakı ilə bağlı heç bir sübut təqdim edilməyib. Sahil Mühafizə Xidməti gəminin Çin hökuməti tərəfindən maliyyələşdirildiyini və göyərtəsində bu ölkənin səkkiz vətəndaşının olduğunu açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 fevral 2025, 10:39
Top