Politoloq: “Avropa və Ukraynasız sülh və atəşkəs mümkün deyil”

GÜNDƏM 26 fevral 2025, 15:04
Mediada yayılan məlumatlara görə, fevralın 25-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasıını müzakirə etmək üçün ikinci görüş keçirilib.

Bununla bağlı politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlamsında bildirib ki, ikinci görüşü gözlənilən idi:

“Rusiya istəyir ki, ABŞ sanksiyaları aradan qaldırsın, həmçinin Ukraynayla bağlı məsələlər müzakirə olunsun.  Avropa İttifaqının və Ukrayna prezidentinin qətiyyəti artıq Zelenskinin legitimliyini bir daha təsdiq etdi. Yəni, göründüyü kimi, ABŞ və Rusiya Ukrayna üzrə sövdələşmyə gedə bilməyəcəklər. Artıq Rusiya və Amerika anladı ki, Avropa və Ukraynasız sülh və atəşkəs mümkün deyil.

Bu görüş keçirilibsə, təbii ki, yeni proseslərə uyğun keçirilib. Yəni, əvvəlki, görüşlərdən  fərqlidir və burada Rusiya və ABŞ öz mövqeyində qalacaq. İlk növbədə ABŞ Rusiyadan atəşkəs etməsini istəyir. Göründüyü kimi, Rusiya tərəfi atəşkəsə getmək istəmir. 

Daha da Ukraynaya qarşı müharibəni davam etdirir. Görüşün nəticəsi ola bilər ki, tərəflər növbəti danışıqlara gedəcəklər, danışıqları davam etdirəcəklər.  Rusiyanın atacağı addımlar, müzakirə olunacaq. ABŞ-ın Ukraynaya təsiri minimuma enib. ABŞ yalnız Rusiyadan müəyyən dərəcdə atəşkəsə getməyi, Ukraynanı da bunu təşviq etməyi istəyə bilər. Tərəflər ilk növbədə sanksiyalar, siyasi əməkdaşlıq məsələlərində razılaşma  əldə edəcəklər”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top