Bağlanan Qafqazşünaslıq İnstitutunda ixtisarlar olub?

SOSİAL 26 fevral 2025, 15:15
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Qafqazşünaslıq İnstitutunun fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edilib.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA prezidenti İsa Həbibbəyli deyib.

"Qafqazşünaslıq İnstitutunda cəmi 20 nəfər əməkdaş çalışırdı. Həmin əməkdaşlardan tarixi aspektində çalışanlar Tarix institutunda, siyasi-fəlsəfə aspektində Qafqazı öyrənənlər isə Fəlsəfə İnstitutunda fəaliyyətlərini davam etdirirlər. Heç bir ixtisar yoxdur", - deyə İ. Həbibbəyli vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top