
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib.
Demokrat.az xəbər verir ki, səfirin “X” hesabında edilən paylaşımda deyilir:
“Xocalı faciəsindən 33 il ötur. Bütün azərbaycanlılarla birgə bu faciənin qurbanlarını yad edirəm. Allah rəhmət eləsin!”
***
Türkiyənin Xarici İşlər Nazirliyi də “X” hesabında paylaşım edərək Xocalı qurbanlarını yad edib:
“33 il əvvəl Xocalıda qətlə yetirilən günahsız azərbaycanlı bacı-qardaşlarımızın əziz xatirəsini rəhmət və hörmətlə anır, Can Azərbaycanın kədərini qəlbimizdə daşıyırıq”.
***
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin isə paylaşımında ölkəsinin Xocalı soyqırımının qurbanlarının xatirəsini ehtiramla yad etdiyini, eləcə də Pakistanın Azərbaycanla həmrəy olduğunu diqqətə çatdırıb.
***
ABŞ-nin müvəqqəti işlər vəkili Hüqo Qevara: “Bu gün biz Azərbaycan xalqı ilə birgə 1992-ci ildə Xocalıda şəhid olanların xatirəsini ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.
***
Fransanın Bakıdakı Səfirliyi də Azərbaycana başsağlığı verib.
“Bu gün Xocalı qurbanlarının xatirəsini ehtiramla yad edir, bütün Azərbaycan xalqına başsağlığı veririk” – deyə səfirliyin “X” hesabında edilən paylaşımda deyilir.