"Vətən müharibəsində iştirak etmişəm. İki güllə yarası almışam, bədənimdə 80 qəlpə var. Qohumlarım, tanışlarım artıq Xocalıya köç ediblər. Biz həm kədərli, həm də qürurlu tarixi yaşadıq".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunan İkinci Qarabağ müharibəsinin iştirakçısı Elnur Abbasov deyib.
O qeyd edib ki, Xocalı şəhidlərinin ruhu şaddır:
"Bütün torpaqlarımızın işğaldan azad edilməsi bizim üçün önəmli idi. Amma Xocalı işğaldan azad olunan gün fərqli sevindik, qürurlandıq. Çünki erməni vandallar insanlıq tarixinə Xocalıda qara ləkə vurmuşdular".