"Haber Global" telekanalı Xocalı sakinləri ilə görüşüb, faciə gecəsi ilə bağlı süjet hazırlayıb — VİDEO

MEDİA 26 fevral 2025, 14:27

Türkiyənin “Haber Global” telekanalında Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı geniş videomaterial hazırlanıb.

Demokrat.az xəbər verir ki, telekanal əməkdaşları Xocalı sakinləri ilə görüşüb, faciənin baş verdiyi gecə ilə bağlı təəssüratlarını dinləyiblər.

Xocalı sakinləri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verənləri, rayon ərazisindən çıxaraq Ağdam istiqamətinə neçə qaçdıqlarını danışıblar.

Süjetdə Qarqar çayını keçdikdən sonra sakinlərin bir qisminin əsir götürüldüyü, bir qisminin isə atəşə tutularaq öldürüldüyü vurğulanıb.

Videomaterialda 33 illik həsrətdən sonra Xocalıda yenidən həyatın bərpa olunduğu, sakinlərin doğra yurd-yuvalarına qayıtması da qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top